Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.

 

Sfera.az bildirir ki, səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti 1974- cü ildə Kipr adasının türk və rum kəsimləri arasında əldə olunmuş razılamaya əsasən münaqişəyə son qoyulmasının 51- ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Bu münasibətilə təşkil olunmuş “Mutlu Barış ve Özgürlük bayramı” na dəvət olunmuş nümayəndə heyətində Azərbaycan -Şimali Kipr Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev, qrupun üzvləri millət vəkili Azər Allahverənov və millət vəkili Anar Məmmədov təmsil olunur. Bayram tədbirləri 2 gün ərzində davam edəcək və tədbirlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanın iştirakı gözlənilir.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR