Bu şəxslər inzibati cərimənin 10%-dən azad ediləcək


Bu şəxslər inzibati cərimənin 10%-dən azad ediləcək

İnzibati cəriməni 10 günə ödəyənlər məbləğin 10%-dən azad ediləcək.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

 

İnzibati xətalar haqqında protokolların, qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etmək və inzibati xətalar haqqında işlərin baxılmasında operativliyin təmin edilməsi məqsədilə hazırlanıb

 

Dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaq.

 

Həmçinin səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəalar əlavə edilib.

 

Məcəlləyə əlavə edilən 45-1-ci maddəyə əsasən inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və ya inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar qəbul etmiş səlahiyyətli orqanların hesablarına köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə "İCMAL" informasiya sistemi yaradılacaq.

 

"İCMAL" informasiya sistemində inzibati xətalar haqqında protokolların və qərarların (qərardadların) unikal nömrə verilməklə real vaxt rejimində və avtomatlaşdırılmış qaydada izlənilməsi nəzərdə tutulur. Buna görə də layihəyə əlavə edilməsi nəzərdə tutulan 45-2-ci maddədə səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokollar və qərarlar (qərardadlar) barədə məlumatların "İCMAL" informasiya sisteminə ötürülməsi təklif edilir. Protokollara və qərarlara (qərardadlara) unikal nömrə verildikdən sonra "İCMAL" informasiya sistemi tərəfindən səlahiyyətli orqanların informasiya sisteminə ötürülür. "İCMAL" informasiya sisteminin tətbiqi gələcəkdə inzibati xətalar haqqında işlər üzrə operativliyin, hesabatlılığın və şəffaflığın təmin edilməsi ilə nəticələnəcək.

 

Eyni zamanda layihəyə əlavə edilməsi nəzərdə tutulan 57-1-ci maddədə barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formalarından bəhs olunub. Bundan başqa, 16-1-ci fəslin adının və həmin fəsildə əks olunan 127-3-cü və 127-4-cü maddələrin yeni redaksiyada verilərək təkmilləşdirilib.

 

Bundan başqa, Prezidentin imzaladığı Fərmanla Nazirlər Kabinetinə inzibati cərimələrin qaytarılması qaydasını altı ay müddətində müəyyən etmək tapşırılıb.

 


OXŞAR XƏBƏRLƏR

Prezident Zəngəzur dəhlizindən danışdı

“Biz Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər ...

Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.   Sfera.az bildirir ki, səfər çərçivəsin...

“Heydər Əliyev bu günü görsəydi, oğluna nə deyərdi?” sualına - Prezidentdən cavab

Xəbər verdiyimiz kimi, Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III ...

Millət vəkilləri Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir – FOTOLAR

Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Şimali Kipr Türk Respublikasında rəsmi səfərdədir.    Sfera.az xəbər verir ki, səfər ç...

Azərbaycan qənd istehsalını artırıb - Rəqəmlər

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 163,9 min ton şəkər və qənd istehsal edilib.   Sfera.az "Report"a istinadən xəbər veri...

“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident

“İşğal dövründə sepatçılar burada bir bina tikmişdilər. Onlar onu “parlament” adlandırırdılar”.   Sfera.az "Qafqazinfo&q...