Əri tərəfindən güllələnən qadının SON VƏZİYYƏTİ

Əri tərəfindən güllələnən qadının SON VƏZİYYƏTİ

Ötən gün günorta saatlarında paytaxtın Yasamal rayonunda həyat yoldaşı Vasif Kərimov tərəfindən güllələnən Fərqanə Kərimovanın vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
 

“Ötən gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.
 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın cinsli) ilkin tibbi xidmət göstərilib və qarının ön divarının deşilmiş yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
 

Pasiyent əməliyyat edilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir”, - məlumatda qeyd edilib.
 

Qeyd edək ki, Vasif Kərimov Referans Medı-Art Hospital MMC-nin (Mərdəkan filialı) direktorudur.


OXŞAR XƏBƏRLƏR