“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

Cəmiyyət
19:10 / 17.07.2025
3827
“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.
Uzun zamandır xərçəngdən əziyyət çəkən Qəşəm bu gün dünyasını dəyişib.
Xatırladaq ki, ifaçı müsabiqədə Xalq artisti Röya Ayxanın komandasında idi. O, ikinci turda yarışdan ayrılmış, müalicəsinə davam etmişdi. Hətta Röya Qəşəm üçün çağırış etmiş, müalicəsinə görə yardım göstərilməsini xahiş etmişdi. Bundan əlavə estrada ulduzu özü iştirakçısına maddi-mənəvi dəstək olduğunu bildirmişdi.