"Məscidlərə kitab rəfi yerləşdirməklə guya böyük iş görürlər"- Elşad Miri

"Məscidlərə kitab rəfi yerləşdirməklə guya böyük iş görürlər"- Elşad Miri

"Dini Komitə "Hər məsciddə kitabxana" layihəsi başladıb. Bu çox gözəl ideyadır. Lakin yeni deyil. Sadəcə yeni layihə kimi təqdim edilərək iş gördükləri təəssüratı yaratmağa çalışırlar". 

 

Sfera.az bildirir ki, bunu dinşünas Elşad Miri deyib. İlahiyyatçı bu layihənin şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib:


"Ölkədəki məscidlərdə bu cür kitab rəfləri olub. İllərdir getdiyim məscidlərdə buna şahid olmuşam, hətta ordakı bəzi kitablar barədə vaxtilə çalışdığım mətbu orqanlarda yazılar da dərc etdirmişəm. İndi Dini Komitə həmin kitab rəflərini “kitabxana” ifadəsiylə dəyişib böyük layihə kimi təqdim edirlər.

 

Ölkəmizdə 2000 məscidin olduğu deyilir. Hər məsciddəki kitab rəflərinə 200 kitab yerləşdirilsə, 400 min kitab edir. Bu isə milyonlarla məbləğ deməkdir. Yenə də gözəldir. Çünki təki bu cür xeyirli işlərə vəsait ayrılsın. Dünyanın müxtəlif ölkələrindəki məscidlərində bunu görmək mümkündür. Möhtəşəm görüntüdür. Bunu Dini Komitənin etməyin əvəzinə, məscidə gələn insanların vasitəsilə etmək daha gözəl deyilmi?

 

Demək olar ki, hər həftə cümə günləri məscidlərin elektrik enerjisi, qaz təchizatı və sairlərin ödənilməsi barədə elanlar edilir və vəsaitlər yığılır. Bu kitabxanalar üçün camaata elan etmək daha gözəl olmazmı? Hər kəs ya kitab üçün dəstək olar, ya da bu sahədə evdə oxunmamış qalmış dini kitabları gətirilərək məscidlərin kitabxlarına hədiyyə verilər. Çünki tarixdə elə alimlər olublar ki, vəfat etdikləri təqdirdə kitablarını mədrəsə funksiyanı həyata keçirən məscidlərə bağışlayırdılar. Məsələn, təkcə əl-Vaqidi vəfatından sonra 2000-dən çox kitabını bağışlamışdı. Bağdaddakı Beytul Hikmə adlanan kitabxanaya alimlər şəxsi kitablarını vəsiyyət edirdilər. 

Məni maraqlandıran başqa məqam var. Məscidlərin kitabxalarına hansı kitablar verilir? Bu kitabların siyahısını kim və kimlər nəyə əsasən müəyyənləşdirirlər? Sosial şəbəkələrdəki paylaşılan həmin kitab rəfinin şəkillərinə baxırsan ki, kitabların içində heç dini məzmunlu kitablar yoxdu. Heç Cəlil Məmmədquluzadənin də əsərlərini görmədim. “Molla Nəsrəddin” jurnalına da şahdi olmadım. Heydər Əliyevin dinlə əlaqəli çıxışlarından ibarət kitabı da gözümə dəymədi.

Dini Komitə Mədəniyyət Nazirliyinin işini öz öhdəsinə götürübsə, bu barədə heç nə deyə bilmərəm. Amma bu gün 2000-dən çox məscidin olduğu yerdə heç kitabxana olmadığı halda məscidin içinə bunları yerləşdirmək təşəbbüsü həm maraqlı gəlir, həm də təəccüblü…"

 

Elşad Miri qadağan olunmuş kitabından da danışıb:

 

"Bir təklif də verim. Dini Komitə Azərbaycanımızda qadağan etdiyi “İslamda Yoxdur” adlı kitabımdan çap olunduğu Türkiyədən, Qırğızıstandan gətizdirib həmin kitab rəflərinə yerləşdirib üzərinə də “əl vurmayın, təhlükəlidir” yazsa, daha yaxşı olmazmı? Bununla insanların “gözünü açsa”, ya da oxumalarına şərait yaradıb bu kitablardan niyə qadağan edildiyini izah etsə, maraqlı olmazmı?

Bu gün müsəlmanlar dinlərinin əsas kitabı olaraq qəbul etdikləri Quranı, tərcüməsini oxumadıqları halda imamlar həmin kitab rəflərinə doldurulan kitablardan imamlar hər cümə günü xütbədə sitatlarmı gətirəcəklər? Yoxsa namazdan başqa qalan vaxtlarda oturub həmin kitabları müzakirəmi edəcəklər?"

 

 

O, həmçinin onlayn sistemə keçidin zəruriliyini də vurğulayıb:

 

"Bir nüansı da öyrənmək istəyərdim. Bu kitablar təkcə məsciddə oturub oxumaq üçündür, yoxsa evə aparmağa da icazə verəcəklər? Yoxsa kitablar boşaldıqca Dini Komitə tender elan edib kitablar alıb oranı doldurmaqla işini davammı etdirəcək?  Bəlkə artıq onlayn kitablar oxumaq mümkün olduğuna görə Dini Komitə hər məscidə planşet layihəsini həyata keçirib orda ancaq onlayn oxumaq üçün də şərait yaratsın? Səsli kitablar üçün telefonlarda işləyəcək tətbiqlər həyata keçirsinlər. Hər kəs şəxsi telefonuyla QR kodu oxuyub kitab menyusuna girib istifadə etsinlər?

Lakin bu gün texnologiya əsrində  jurnalistlər üçün mediatur təşkil edərək bəzi məscidlərə kitab rəfi yerləşdirməklə guya böyük iş görürlərmiş kimi ictimai fikir yaratmağa çalışmaq sadəcə əbəslə məşğul olmaq və ucuz PR vasitəsidir".

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan MDB-nin iclasından imtina etdi

Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə məluma...

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bərpa olunur

İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.   Sfera.az bu barədə AYNA-ya istinadən xəbər verir. ...

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalının Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə t...

Azərbaycanlı riyaziyyat müəllimi Ümrə ziyarətində qəfil vəfat etdi

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.   Sfera.az sumqayit24.az-a istinadən xəbər verir...

Şimali Koreyadan xarici turistlərə qadağa - Bu binaya giriş mümkün olmayacaq

Şimali Koreya, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səfərindən bir neçə gün sonra yeni istifadəyə verilən “Wonsan-Kalma” turizm kompleksinə xa...

Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.   ...