Növbəti köç karvanı Kəngərliyə çatdı


Növbəti köç karvanı Kəngərliyə çatdı

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, iyulun 17-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Bu mərhələdə köçürülən 176 nəfərdən ibarət 43 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

 

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.


OXŞAR XƏBƏRLƏR

Əsir götürülmüş şəxslər məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” növbəti transferini reallaşdırıb.    Sfera.azz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  ...

Şahin Şıxlinski axtarışa verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.   Sfera.az xəbər verir ki, Ş.Şıxlinski bir gün əvvəl ...

Ağalar Vəliyev onları mükafatlandırdı - FOTO

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin m...

Bakıda bəzi ərazilərdə su təchizatında çətinliklər müşahidə olunur - RƏSMİ

Bakının Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində (M.Seyidzadə) su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.   Sfera.az&n...

Şüvəlanda dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə ...