Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşdülər

Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşdülər

Bakıda saxlanılan Rusiya vətəndaşları anaları ilə görüşüblər.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə “360.ru”ya məhbuslardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

 

Onun sözlərinə görə, bütün lazımi əşyaların köçürülməsi ilə bir neçə görüş təşkil olunub.

 

O bildirib ki, Rusiya vətəndaşlarının saxlanma şəraitindən şikayəti yoxdur, onların lazım olan hər şey var: “Konsul bir neçə dəfə uşaqlarla görüşüb və saxlanma şəraitinin yaxşı olduğunu deyib”.

 

Anastasiya Bezuqlaya vurğulayıb ki, görüşləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təşkil edib.


OXŞAR XƏBƏRLƏR