“Epi” həbs olundu

Cəmiyyət
18:50 / 16.07.2025
3530
Konsertdə söyüş söydüyünə görə polis tərəfindən saxlanılan “Epi” ləqəbli reper Əkbər Novruzlu həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.
Belə ki, reperə 1 ay müddətinə inzibati həbs cəzası verilib.
O, xırda xuliqanlıqda və narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinib.