Bakıda qadını güllələyən şəxs özəl klinikanın direktoru imiş

Bakıda qadını güllələyən şəxs özəl klinikanın direktoru imiş

Yasamalda həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktoru imiş.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı apa.az əldə edib.

 

Xatırladaq ki, hadisə bu gün günorta saatlarında Yasamal rayonunda baş verib.
 

38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına ov tüfəngi ilə xəsarət yetirib.
 

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR