Logo

Həftəsonunadək hava necə olacaq?

Həftəsonunadək hava necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Həftənin sonunadək ölkə ərazisinin hava şəraitində dəyişiklik gözlənilməsə də, son günlər müşahidə olunan cənub-şərq küləyi Abşeron yarımadasında şimal, şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, atmosfer təzyiqi tədricən yüksəlsə də, temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Bildirilib ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında +35 dərəcədən +38 dərəcəyədək, bəzi yerlərdə +40 dərəcəyə yaxın, Naxçıvan MR, eyni zamanda, Aran rayonlarında +36 dərəcədən +39 dərəcəyədək, bəzi yerlərdə +41, dağlıq rayonlarda isə +33 dərəcəyədək olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR