Logo

"Günəşli" faciəsindən görüntü - FOTO

"Günəşli" faciəsindən görüntü - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qəzadan sonra təxliyyə edilən neftçilərdən biri qayığın içindən çəkilmiş fotonu paylaşıb 
Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə ilə bağlı maraqlı foto yayılıb. Lent.az-ın məlumatına görə, qəzadan sonra təxliyyə edilərək xəstəxanaya yerləşdirilən Bəhruz Babayev adlı neftçi hadisədən sonra qayığın içindən çəkilmiş fotonu paylaşıb. B.Babayevin yaydığı fotodan görünür ki, bir qrup neftçi qayığın içində oturub xilas edilmələrini gözləyir.
Qeyd edək ki, 10 saylı dərin dəniz özülündəki hadisədən sonra neftçilər 2 qayıq vasitəsi ilə xilas olmağa çalışıblar. Qayıqlardan biri havadan asılı vəziyyətdə qalıb və onun içindəki neftçilərin hamısı xilas ola bilib. Digər qayığı isə güclü dalğalar özülə çırparaq qırıb və onun içindəki neftçilərin hamısı dənizə düşüb.
Hazırda dənizdə itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir.
"Günəşli" faciəsindən görüntü - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR