Avtomobillərin alışma halları artıb - Necə qoruyaq?

Avtomobillərin alışma halları artıb - Necə qoruyaq?

Yay fəslinin gəlişi ilə avtomobillərin alışaraq yanması halları artmaqdadır. Son günlər bu cür hadisələrin sayı daha da çoxalıb və sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadənin verdiyi məlumata görə, 2025-ci ilin ilk 6 ayı ərzində ölkədə 240 nəqliyyat vasitəsi yanıb. Bu isə ciddi narahatlıq doğuran göstəricidir.

 

Bəs avtomobillərin alışmasına səbəb olan amillər hansılardır? Sürücülər nə etməlidir ki, bu kimi təhlükəli hallarla üzləşməsinlər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, avtomobillərin alışmasının əsas səbəblərindən biri elektrik yüklənmələrinin artmasıdır.

 

 

Onun sözlərinə görə, bəzi sürücülər avtomobilin elektrik sisteminə əlavə avadanlıqlar qoşur və bu, sistemin yükünü artıraraq qısaqapanmalara, nəticədə isə yanğına səbəb ola bilir.

 

“Nəqliyyat vasitəsinə əlavə elektrik cihazlarının qoşulması çox zaman nəzərə alınmır. Halbuki, bu, avtomobilin texniki parametrlərinə ziddir. Sürücülər bilməlidirlər ki, istehsalçı tərəfindən müəyyən edilən texniki şərtlər pozularsa, bu, təhlükəli nəticələrə yol aça bilər. Elektrik sistemindəki nasazlıqlar, xüsusilə də kabellərdəki izolyasiya problemləri, açıq naqillər və zəif kontaktlar alışmanın əsas səbəbləridir”, –ekspert vurğulayıb.

 

Aslan Əsədov sürücülərə bir sıra vacib tövsiyələr də verib. Onun fikrincə, ilk növbədə, avtomobillər mütəmadi texniki baxışdan keçirilməlidir. Elektrik sistemləri, batareya, generator və digər komponentlər peşəkarlar tərəfindən yoxlanmalıdır. Eyni zamanda, yanğınsöndürən balonun avtomobildə olması mütləqdir.

 

“Sürücülər ucuz və keyfiyyətsiz avadanlıqlardan uzaq durmalıdırlar. Həmçinin, avtomobilə əlavə musiqi sistemləri, LED işıqlar və digər elektron cihazlar quraşdırarkən mütəxəssisə müraciət edilməlidir. Hər bir texniki müdaxilə əvvəlcədən planlaşdırılmalı və avtomobilin istehsalçı göstəricilərinə uyğun olmalıdır”, –ekspert əlavə edib.

 

Qeyd edək ki, yüksək temperaturun müşahidə olunduğu yay aylarında avtomobillərin alışma riski daha da artır. Bu səbəbdən sürücülər nəqliyyat vasitələrini birbaşa günəş şüaları altında saxlamaqdan çəkinməli və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməlidirlər.

 

Firuzə Əliyeva
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinskinin oğluna ikiaylıq həbs cəzası verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qərarı verilib.   Sfera.az x...

Sabah bu ərazilərdə qaz kəsiləcək

Yevlax şəhərinin və rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Ş...

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri beynəlxalq səviyyədə mühüm uğura imza atıblar.   Kimya texnologiya fakültəsinin 3...

Voronejdə azərbaycanlılar SAXLANILDI - FOTO

Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb.    Sfera.az haqqın.az-a istinadən xəbər verir...

Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və qızı Oquldjaxan Atabayevanın Prezident İlham Əliyev və qı...

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO

İyulun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq mem...