İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müavinlər arasında gənc kadr yoxdur.
Ən cavan müavinlər 30-34 yaş arasındadır. Bu yaş aralığında olan müavinlərin sayı 10 nəfərdir.
Müavinlərin çoxu orta yaşlı insanlardır. Yaşı 35-lə 55 arasında olan 120 müavin var.
Yaşı 65-i keçən, yəni pensiya yaşında olan müavinlərin sayı isə 15-dir.
İcra başçılarının müavinlərinin 131-i kişi, 65-i qadındır.
Müavinlərin daha çox hissəsi Bakı şəhərinin yerli rayon icra hakimiyyətlərində çalışır. Bakıda 30 yerli icra hakimiyyəti başçısının müavini var. Onlardan 9-u qadındır.
Bakı həm də qadın müavinlərin sayının çoxluğuna görə digər regionlardan seçilir.
Vasif