TikTok-un Azərbaycan seqmentində 1 milyondan çox video silinib

TikTok-un Azərbaycan seqmentində 1 milyondan çox video silinib

TikTok-un Azərbaycan seqmentində İcma Qaydalarının pozulması səbəbindən 1 milyondan çox video silinib.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı "TikTok Azərbaycan" yayıb.
Ümumi videoların 99%-i platforma tərəfindən proaktiv şəkildə, yəni onlara şikayət edilməzdən əvvəl aradan qaldırılıb.
 

Videoların 97%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

 

Xatırladaq ki, ötən il Azərbaycanda 3 milyondan çox video silinib.
 

Eyni zamanda, 2025-ci ilin birinci rübü üçün dünya üzrə, İcma Qaydalarının pozulması ilə əlaqədar  211 milyondan çox video silinib. Həmin videomaterialların 99%-i proaktiv şəkildə silinib. Videoların 94,3%-i dərc olunduqdan sonra 24 saat ərzində silinib.

 

Qeyd edilən dövr ərzində silinmiş ümumi məzmunun 87%-dən çoxu avtomatlaşdırılmış moderasiya texnologiyaları vasitəsilə silinib ki, bu da indiyədək ən yüksək göstəricidir.


Bundan əlavə, TikTok-un moderasiya texnologiyaları canlı yayımlarda İcma Qaydalarını pozan məzmunun daha sürətli müəyyən edilməsinə kömək edib: birinci rübdə 19 milyon canlı yayım dayandırılıb ki, bu da əvvəlki rübə nisbətən 50% çoxdur.

 


OXŞAR XƏBƏRLƏR