Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq.

 

"İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq.

 

Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır.

 

Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, "İstilik təchizatı haqqında" yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır:

 

"Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallarıdır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə pul ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqayisədə mərkəzi istilik sistemi daha qənaətcildir''.

 

İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə, təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir.

 

İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır.

 

Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək.

 

Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər.

 

Ətraflı süjetdə:

 


OXŞAR XƏBƏRLƏR

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...