Küləkli hava: Üç rayon işıqsız qaldı


Küləkli hava: Üç rayon işıqsız qaldı

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

 

Sfera.az-ın məlumatına görə, güclü külək səbəbindən Qazax rayonun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

 

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.

 

Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.


OXŞAR XƏBƏRLƏR