Milli parklara səfər edən turistlərin sayı artdı


Milli parklara səfər edən turistlərin sayı artdı

Azərbaycanın zəngin təbiətini və müxtəlif ekosistemlərini özündə birləşdirən milli parkları ziyarət edən turistlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım qeydə alınıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ölkəmizin füsunkar təbiət guşələrində yerləşən, bioloji müxtəlifliyi ilə seçilən milli parklarımıza 2025-ci ilin 6 ayı ərzində 87 542 turist səfər edib.

 

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur. “Milli parklara səfər edən ziyarətçilərin böyük əksəriyyətini yerli turistlər təşkil edib ki, bu da ölkə əhalisinin təbiət ərazilərinə, ekoturizmə marağının artması və aparılan ekoloji maarifləndirmə işlərinin nəticəsidir”.

 

Mətbuat katibi onu da qeyd edib ki, bu ilin 6 ayı ərzində təbiətsevərlərin ən çox üz tutduğu məkanlar arasında Göygöl, Şahdağ və Abşeron milli parkları ilk sıralarda yer alıb.


OXŞAR XƏBƏRLƏR

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...

MN-də NATO nümayəndə heyəti ilə görüş keçirildi

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.   Bu barəd...

114 yaşlı idmançını maşın vurub öldürdü

Dünyanın ən yaşlı marafonçusu Fauc Sinq Hindistanda dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu haqda CNN-in məlumat yayıb.   114 yaş...

Pakistanda fəlakət qurbanlarının sayı 100-ü keçdi

İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.   Sfera.az xəbə...

"Neftçi" daha bir futbolçunun transferini açıqladı

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.   Klubdan Sfera.az-a verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala...