Rusiyada azərbaycanəsilli polis rəisi tutuldu


Rusiyada azərbaycanəsilli polis rəisi tutuldu

Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.

 

Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

 

Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR