Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri artırılır

Dövlət Sərhəd Xidmətinin səlahiyyətləri artırılır

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" və "Sərhəd qoşunları haqqında" qanunlara dəyişiklik edilir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib.

"Dövlət sərhədi haqqında" qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələri yeni redaksiyada verilir. Dəyişikliklərə görə, nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətinin iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə onlar sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar.

Şəxslərin Azərbaycanın dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları ölkəmizin dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müəyyən edilmiş qaydada baxış keçirirlər.

 

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı həmçinin "Sərhəd qoşunları haqqında" qanununda da müvafiq düzəlişlər edilib. Düzəlişlərə əsasən, sərhəd qoşunlarının vəzifə və hüquqları daha da genişləndirilib. Onlar yuxarıda qeyd olunan hallarda dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda qeyri-qanuni hərəkətlərin qarşısının alınmasını təmin etməli və bunun üçün müvafiq tədbirlər görməlidirlər.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR

Təcili tibbi yardıma 800 minə yaxın müraciət oldu

Bu ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.   Sfera.az xəbər verir...

“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki...” - Mədinənin dəhşətli ölümü ilə bağlı DETALLAR + VİDEO

Ağstafanın Vurğun qəsəbəsində 19 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib.   Sfera.az-ın İTV-yə istinadən məlumatına görə, 23 yaşlı Valeh Qədimov həy...

Polisdən bu şəxslərə XƏBƏRDARLIQ! - "Səfərlərinizi..."

Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir.    Bu barədə Sfera.az...

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənmə...

İtkin düşən 4 nəfər tapıldı

Dekabrın 21-də və 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarı...

İKTA yazı müsabiqəsi elan edir

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə int...