Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Bu ilin 6 ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 337 min 321 bilet əldə edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Sfera.az-a bildirilib ki, ötən ilin 6 ayında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17 faiz idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,1 faizə çatıb.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla, 373 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.