Magistral su kəməri partladı, 21 min abonent susuz qaldı

Cəmiyyət
16:40 / 11.07.2025
6363
Kürdəmir rayonunda magistral su kəməri partlayıb.
Sfera.az xəbər verir ki, hadisə Ağsu-Bəhtamtəpə yolunun 22-ci km-də, boru xəttinin rayonun Ucarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, diametri 500 millimetr olan borunun iki metrlik hissəsi partlayıb. Nəticədə 21 min abonentin su təminatı dayanıb.
Hadisə yerinə Kürdəmir rayon su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.