Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".
Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları 11 gün öncə yaşadığı evin eyvanından yıxılaraq ölən 20 yaşlı Könül İbrahimovanın valideynləri səsləndirirlər.
Onlar iddia edirlər ki, övladlarını həyat yoldaşı Nicat Yusifzadə ölümündən öncə də tez-tez zorakılığa məruz qoyub.
Valideynlər bildirirlər ki, hadisə anının kamera görüntülərinə baxdıqda da müəyyən şübhələr yaranır. Çünki, övladları eyvandan düşəndən sonra Nicat Yusifzadə çox rahat şəkildə hadisə yerinə gəlir.
Mərhumun yaşadığı binanın komendantı, hadisə şahidi Nəsimi Dadaşlı da cütlüyün daim problemlərinin olduğunu iddia edib. Onun sözlərinə görə, Nicat mərhum həyat yoldaşına daim təzyiq göstərib. Hadisəni ilk görən də məhz komendant olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: