Laçında insan skeletinin qalıqları tapıldı

Cəmiyyət
20:45 / 10.07.2025
6125
Laçında insan skeletinin qalıqları tapılıb.
Sfera.az-ın xəbərinə görə, insan sümüklərinin qalıqları rayonun Hoçaz kəndində aşkarlanıb.
Belə ki, kənd sakini köhnə evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.
Sümük qalıqları tapıldıqdan sonra sakin ərazidə qazıntı işini saxlayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. (Report)