Azərbaycanlı hərbi jurnalist vəfat etdi - FOTO

Cəmiyyət
19:00 / 10.07.2025
712
Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.
Sfera.az xəbər verir ki, o, uzun sürən onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Gülbəniz Arifqızı 1991-ci ildən hərbi jurnalist olaraq Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarında xidmət edib və "Ön cəbhəyə doğru" və "Ana" proqramlarında əsgərlərdən səsli müsahibələr hazırlayıb. 1992-ci ildən "Ordu" qəzeti və "Ədalət" qəzeti ilə əməkdaşlıq edib.
O, 1997-ci ildən ABŞ-də yaşayıb. Orada Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb.