Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…


Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

 

Sfera.az xəbər verir ki, bu vəzifəyə şöbənin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev təyin edilib.

 

Təyinatla bağlı xəbəri Bəxtiyar Hacıyev Trend-ə təsdiqləyib.

 

O bildirib ki, yeddi aya yaxın idi ki, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi ona həvalə olunmuşdu.

 

“İyulun 6-da azadlığına qovuşmuş Xankəndi şəhərində jurnalistlərə açıqlama verərkən jurnalistlərə özümü şöbə müdiri kimi təqdim etmişəm. Hesab edirəm ki, təyinatımı elan etmək üçün bundan gözəl yer ola bilməz. Mənim 15 illik jurnalist karyeram var. İndi də bu sahəyə çox yaxınam, media nümayəndələri ilə işləyirəm. Həmkarlarımla bundan sonra da sıx işləməyə davam edəcəyəm”, – deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...