Azərbaycanda daun sindromlu xəstələrin sayı AÇIQLANDI – RƏSMİ

Cəmiyyət
17:42 / 10.07.2025
4353
Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan daun sindromlu xəstələrin sayı 1259 nəfərdir.
Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Bildirilib ki, həmin xəstələrin 861 nəfəri 0-13, 176 nəfəri 14-17, 131 nəfəri 18-29, 91 nəfəri isə 30 və daha yuxarı yaşdadır.
Qeyd edək ki, daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.