"Range Rover"in yeni loqosu bəyənilmədi

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin bu addımı cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Sfera.az xəbər verir ki, yeni loqo sosial şəbəkələrdə və dizayn mütəxəssisləri arasında tənqid olunub.

 

Yeni təqdim olunan loqo klassik “Range Rover” yazısını əvəz etmir. “Ikili-R” motivindən ibarət olan simvol, əsasən aksessuarlar, paltar etiketləri, interyer dizayn elementləri və reklam-təqdimat məkanları üçün nəzərdə tutulub. Avtomobilin üzərində əvvəlki geniş yazılı “Range Rover” loqosu eyni ilə qalacaq.

 

Şirkətin məqsədi Range Rover brendini digər modellərdən – Defender, Discovery və Jaguardan daha aydın ayırmaqdır. Bu strategiya “House of Brands” adlanır və hər avtomobil xəttinin öz simvol və üslubuna sahib olmasını nəzərdə tutur.

 

Amma görünən odur ki, yeni loqo ictimaiyyətdə gözlənilən effekti yaratmayıb. Sosial şəbəkə istifadəçiləri yeni loqonu kəmərə, musiqi albomu üz qabığına və ya “nonsens dizayna” bənzədiblər. “Creative Blog” kimi dizayn portalları bu dəyişikliyi “branding fəlakəti” adlandırıb. “MotorTrend” saytı isə bunu “goofy” – gülməli və ciddilikdən uzaq addım kimi dəyərləndirib.

 

Qeyd edək ki, Range Rover 1970-ci ildən bu günə qədər heç vaxt rəsmi loqo istifadə etməmişdi. Yeni simvol brendin ilk elektrik modellərinə keçid etdiyi dövrdə təqdim olunur. Bu baxımdan dəyişiklik həm də texnoloji dönüşü simvolizə etmək üçün nəzərdə tutulub.

 

Lakin görünən odur ki, şirkətin “müasirlik və orijinallıq” adına atdığı bu addım çoxları üçün nə dizayn baxımından, nə də emblematik güc baxımından inandırıcı olmayıb.

 

Firuzə Əliyeva
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...