Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

 

Mənbə qeyd edir ki, iyulun 10-u, saat 08:30-da 1979-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

İlkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

 

"Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - deyə məlumatda bildirilir.


OXŞAR XƏBƏRLƏR