Azərbaycanlı professor vəfat etdi


Azərbaycanlı professor vəfat etdi

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə apa-ya onun qızı Heyran Qorçu xəbər verib.

 

O bildirib ki, atası 2 saat öncə uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

 

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

 

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub.

 

O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdablı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.


OXŞAR XƏBƏRLƏR