Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?

20:53
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın yerli bürosuna sərnişinlərdən biri məlumat verib.
Məlumata görə, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.
İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.
İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.
***
“UTair” aviaşirkətinin 9 iyul 2025-ci il tarixində Gəncə Beynəlxalq Hava Limanından Moskva şəhərinə (Vnukovo Hava Limanı) həyata keçirilməsi planlaşdırılan UT744 nömrəli reysi, hava gəmisi kapitanının qərarı ilə texniki səbəbdən təxirə salınıb.
Heydər Əliyev Hava Limanından Sfera.az-a verilən məlumata görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə onlar otelə yerləşdirilib və digər zəruri xidmətlərlə təmin olunub.
Təxirə salınmış uçuşun 10 iyul tarixində, saat 15:00-da həyata keçirilməsi planlaşdırılır.
Sərnişinlər uçuşun dəqiq statusu və əlavə məlumat üçün “UTair” aviaşirkəti ilə əlaqə saxlaya bilərlər.