Dərmanlara xərclərimiz kəskin artdı – Nə baş verir?


Dərmanlara xərclərimiz kəskin artdı – Nə baş verir?

2025-ci ilin ilk 5 ayında pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub. Bu, həmin məbləğdə mal və xidmətlərin istehlakçılara satılması anlamına gəlir. Pərakəndə ticarət dövriyyəsinin strukturunda diqqəti çəkən əsas məqamlardan biri əczaçılıq məhsulları və tibb ləvazimatlarına çəkilən xərclərdir. Belə ki, bu xərclər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18.2 faiz artaraq 598 milyon manatdan çox olub. Əczaçılıq məhsullarının alınmasına çəkilən xərclərdə artım həmin dövrdə pərakəndə ticarətin struktrunda rekord səviyyədə olub və bütün digər istiqamətləri üstələyib. Digər tərəfdən, həmin dövrdə yalnız bu istiqamət üzrə xərclərdə ikirəqəmli artım faizi qeydə alınıb. Bütün digər xərclər üzrə artım faizi birrəqəmlidir.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, bu sahədə xərclərin artması dərman preparatlarının qiymətlərindəki dəyişikliklər və tibbi xidmətlərə olan tələbin yüksəlməsi ilə bağlıdır:

 

“Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə tibbi xidmətlərin qiyməti həmin dövrdə 4.5 faiz yüksəlib. Tibbi təyinatlı malların qiymətlərində də artım müşahidə olunub. Bu isə o deməkdir ki, həm tələb artıb, həm də qiymət yüksəlişi davam edir.

 

Əczaçılıq məhsulları üzrə istehlak xərclərinin ailə büdcəsinə xüsusi təsirlərini nəzərə alsaq, bu istiqamətdə qiymət tarazlığının qorunması çox vacibdir. Doğrudur, dərman pereparatlarının qiymətləri tənzimlənir. Amma bununla yanaşı, istehlak xərclərinin də optimallaşdırılması önəmlidir. Digər tərəfdən, qiymət və xərc tarazlığı üçün yerli istehsalın genişləndirilməsi və idxalın minimumlaşdırılması da vacibdir”.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...