Məmməd Alpayın həbs müddəti uzadıldı

Məmməd Alpayın həbs müddəti uzadıldı
Kateqoriya məlum deyil
T

"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) həbs müddəti uzadılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində verilib.

 

Qərara əsasən, onun həbs müddəti daha 3 ay uzadılıb.

 

Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR