Nuranə on il əvvəl bənzər hadisədə xəsarət alıbmış –VİDEO

Cəmiyyət
10:35 / 09.07.2025
3920
Xəbər verdiyimiz kimi, 36 yaşlı Nuranə Məcidova Siyəzəndə Beşbarmaq dağında paraşütlə uçarkən qayaya çırpılaraq faciəli şəkildə ölüb.
Sfera.az xəbər verir ki, paraşüt idmanı üzrə təlimatçı Oktay Qasımov bildirib ki, N.Məcidova uçuş zamanı digər pilotlarla birlikdə olub:
“Aralarında müəyyən məsafə var idi. Hadisəni görüblər və dərhal yaxınlaşıblar. Təəssüf ki, artıq gec idi. On il əvvəl də buna bənzər bir hadisə yaşamışdı, lakin o zaman yüngül xəsarət almışdı. Bir müddət fasilə vermişdi, sonra yenidən bu idmanla məşğul olmağa başlamışdı”.
Təlimatçının sözlərinə görə, Nuranə Məcidovanın yeddi yaşlı övladı var idi.
Ətraflı Baku TV-nin süjetində: