Natiq Cəfərlinin atası Gürcüstanda vəfat etdi

Cəmiyyət
22:15 / 08.07.2025
3651
ReAL sədri, iqtisadçı Natiq Cəfərlinin atası Mehman Cəfərov Gürcüstanda müalicə aldığı xəstəxanada vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Natiq Cəfərli özü qeyd edib.
“Atam doğulduğu torpaqda, yurdunda rahatlıq tapmaq istəyirdi, Yaradan istəyini yerinə yetirdi. Allah cəmi yaxınlarımıza rəhmət etsin! Amin!” – o bildirib.
Qeyd edək ki, bir neçə gündür Natiq Cəfərlinin atası xəstəxanada komada idi.
Xatırladaq ki, Natiq Cəfərli Bolnisi rayonunun Babakişilər kəndindəndir.