Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Temu insanları aldadır? – Şirkətdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Çinin populyar onlayn alış-veriş platforması olan Temu son aylar artan sayda dələduzluq və fırıldaqçılıq halları ilə gündəmə gəlib.

 


ABŞ və Kanadada bir neçə ştatda rəsmilər bu platforma ilə bağlı hüquqi addımlar atmağa başlayıb, istifadəçilər isə aldadıldıqlarını bildirir.
 

Şikayətlərə əsasən, Temu üzərindən sifariş verilən məhsulların bir çoxu ya ümumiyyətlə çatdırılmır, ya da keyfiyyətsiz və ya saxta formada müştərilərə təqdim olunur. Bəzi hallarda istifadəçilərə təqdim edilən məhsulların, reklam edilənlərlə heç bir əlaqəsi olmur. ABŞ-da Better Business Bureau platforma ilə bağlı 2700-dən çox şikayət qəbul etdiyini açıqlayıb.
 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Temu-dan Bizim.Media-ya bildirilib ki, hər bir müştərinin problemini həll etmək üçün "Temu" BBB ("Better Business Bureau") ilə yaxından əməkdaşlıq edir və gözləntiləri qarşılamayan yaxud yalnış çatdırılan məhsullara görə ödənişlərin geri qaytarılması üçün 90 günlük Alıcı Müdafiəsi Proqramı tətbiq edir:

 

“Biz bazar standartlarına uyğun ciddi nəzarət prosesi vasitəsilə məhsulun keyfiyyətinə üstünlük veririk.
 

Nebraska Baş Prokurorunun iddiası əsassızdır və onlayn mənbələrə əsaslanan, o cümlədən əldən-ələ (vasitəli) satışla məşğul olan onlayn satıcıların dezinformasiyasına əsaslanır.
 

"Temu"nun data təcrübələri şəffafdır və xidmətlərimizi təmin etmək, və təkmilləşdirmək üçün yalnız lazım olan ən minimal məlumatları toplayırıq”.


OXŞAR XƏBƏRLƏR