Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.
Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində baş verib.
Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana daxil olan "KamAZ" markalı yük maşını Biləsuvar gömrük postunda saxlanılıb. Avtomobildəki mallar bəyan ediləndən sonra yük maşınına baxış keçirilib. Baxış zamanı avtomobildən gömrük nəzarətinə bəyan edilməyən 80 kiloqram pomidor toxumu, 37 kiloqram bal, 140.8 kiloqram əridilmiş kərə yağı, 160 kiloqram kərə yağı, 48 kiloqram pendir, hər biri 20 kiloqram olmaqla 25 kisə - ümumilikdə 500 kiloqram püstə, hər biri 20 kiloqram olmaqla 24 kisə - ümumilikdə 480 kiloqram ovulmuş püstə, 21 ədəd üzərində "Xyla-P" yazısı olan "maz", 480 qutu üzərində fars dilində yazısı olan tük tökülməsi üçün istifadə olunan vasitə aşkarlanıb.
Aşkar edilən məhsullar protokollaşdırılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin məhsullar müsadirə edilib.