Elektrik enerjisiylə bağlı sabit tarif qüvvəyə minir

Elektrik enerjisiylə bağlı sabit tarif qüvvəyə minir

Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

 

Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

 

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir. Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...