Bu şəxslərə geri ödəniş olacaq

Cəmiyyət
11:47 / 08.07.2025
3167
Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbayan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az