Albalı və gilas bahalaşdı -QİYMƏTLƏR

Meyvə bazarında bolluq var, qiymətlər isə əl yandırır.
Sfera.az xəbər verir ki, əriyin kiloqramı 2-3 manat, gilasın kilosu 10-15 manatdır.
Məhsulun görünüşü yaxşı olduqda isə qiyməti daha da yüksəlir. Satıcılar da qiymətlərin baha olduğunu etiraf edirlər. Məhsul İrandan gəlir, qutardıqca daha da bahalaşır.
Alıcılar bu il bazarda qiymətlərin daha baha olduğunu bildirirlər. Elə bu səbəbdən də alıcıların sayında azalma var.
Rayonlarda isə məhsul bol olduğu üçün qiyməti də münasibdir. Ərik, şaftalı 1.5- 2 manat, gilas 5 manata bazara gedir, öküzürəyi isə bu il bir az ucuzdur .
Araşdırma zamanı məlum oldu ki, hazırda bazara şaftalı, moruq, gec yetişən alça növü, moruq gətirilir. Bu məhsulların yerində alışı 60 qəpikdən 2 manata qədər dəyişsə də, paytaxt bazarında minimum 2.50-dən satılır. (milli.az)