DTX-nin Akademiyasında növbəti məzun buraxılışı oldu - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında məzunların buraxılışı ilə əlaqədar mərasim keçirilib.
Sfera.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak edib.
Əli Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Xidmət rəisi bildirib ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.