İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, informasiya agentliyinin azı 20 (iyirmi) media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 (beş) xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 (iyirmi) gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 (səksən) faizi bu Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.

 

Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti (redaksiyaları) hər ay 20 (iyirmi) gün ərzində gündəlik azı 20 (iyirmi) kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.

 

Qeyd edilib ki, media subyektlərinin, xüsusilə əsas informasiya mənbəyi olan informasiya agentliklərinin fəaliyyətini təkmilləşdirmək və stimullaşdırmaq üçün günün reallıqlarına uyğun standartların tətbiqi tələb olunur. Məlumat mübadiləsində açar rolunu oynayan və buna görə də, xüsusi çəkisi olan informasiya agentlikləri sadəcə mövcud olduğu sərhədlər daxilində deyil, bütün dünyada ölkə mediasının simasını və təsir dairəsini müəyyənləşdirir.

 

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR