Faktiki hava açıqlanıb

Cəmiyyət
09:45 / 04.07.2025
2003
Milli Hidrometeorologiya Xidmətinin iyulun 4-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Sfera.az bildirir ki, düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.
Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatır.