Dövlət qurumlarına kiberhücumların sayı artıb - VİDEO


Dövlət qurumlarına kiberhücumların sayı artıb - VİDEO

Dövlət qurumlarının 902 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.

 

Sfera.az-ın məlumatına görə, bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlamalar və monitorinqlərin nəticələri açıqlanıb. Nəticələr ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

 

Təkcə iyun ayında 211 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 5,5 dəfə çoxdur.

 

Boşluqların aradan qaldırılması üçün dövlət qurumlarına müvafiq bildirişlər göndərilib.

 

İKT üzrə mütəxəssis Elvin Abbasov deyir ki, dövlət qurumlarının informasiya resurslarındakı sözügedən boşluqlar aradan qaldırılmasa kibertəhdidlərin sayı arta və vacib informasiya bazası təhlükə altına düşə bilər.

 

Dövlət qurumlarına kiberhücumların sayı da artıb. İlin 6 ayı ərzində dövlət qurumlarına 504 kiberhücum indikatoru müəyyən edilib və bloklanıb.

 

Ekspert deyir ki, bu hücumlar hazırda daha çox Rusiyaya bağlı haker qruplar tərəfindən edilir. Hücumların məqsədi də dövlət qurumlarından böyük məlumatlar oğurlamaqdır.

 

Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 262 milyondan çox zərərli keçidi, 12 milyondan çox mərkəzi antivirus sistemi vasitəsilə yayılan zərərverici tərkibli elektron sənədi blok edib.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR