Bu universitetin prorektoru vəfat etdi


Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.

 

Professor Tərlan Abdullayev uzun illər Odlar Yurdu Universitetinin prorektoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Tərlan Abdullayev 2 fevral 1945-ci ildə Şamaxı şəhərində anadan olub.

 

1996-2002-ci illərdə Odlar Yurdu Universitetinin Pedaqogika və İnformatika fakültəsinin dekanı, 2002-2013-cü illərdə magistratura şöbəsinin müdiri vəzifəsində işləyib, 2004-cü ildən hazırkı vaxta kimi universitetin elmi işlərinə rəhbərlik edib.

 

2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.


OXŞAR XƏBƏRLƏR