Logo

Bakıya gələn şəxsdə külli miqdarda brilyant tapıldı - FOTO

Bakıya gələn şəxsdə külli miqdarda brilyant tapıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Külli miqdarda brilyant qaşlar aşkar olunub.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Sfera.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.

Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR