Məhərrəm ayı ilə bağlı ŞOK İDDİA - Haram ayda nələr qadağandır?

Məhərrəm ayı ilə bağlı ŞOK İDDİA - Haram ayda nələr qadağandır?

İyun ayının 26-da Azərbaycanda Məhərrəm ayı başlayıb. Hicri-qəməri tarixinin ilk ayı olan Məhərrəm haqqında müxtəlif fikirlər var. Bəziləri bu toyda toy-nişan, yığıncaq keçirməsini düzgün hesab etmirlər. Ümumiyyətlə, bu ayı tamamilə “ağır ay”, yas, matəm ayı adlandırırlar

 

Bəs bu ay barədə deyilənlər doğrudurmu? Bu ayda hansı hərəkətlərin olması qadağandır

 

Sfera.az xəbər verir ki, mövzu barədə Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, bu ay matəm ayı deyil:

 

“Məhərrəm ayı adi bir aydır. Sadəcə hicri qəməri təqvimin ilk ayıdır. Quranda belə bir əmr yoxdur, peyğəmbər də, əhli beytin böyükləri də bu ayı yas ayı elan etməyiblər, matəm saxlamayıblar. Çox sonralar siyasi məqsədlər üçün farslar öz qədim dinlərinə uyğun olaraq bu ayı yas elan ediblər. Məhərrəm ayında sadəcə ayın 10-da İmam Hüseyn və ailəsinin şəhid olmasına görə xatırlaya, yad edə, dua oxuya bilərik. Əks halda əsrlərlə matəm tutmaq dinimizin əleyhinədir. Çünki İslam dini öldükdən sonra dirilməyə və şəhidlərin cənnətə getdiyinə inamı tərənnüm edir.
 

Matəm və əsrlərlə yas tutmaq isə allaha üsyandır ki, imam Hüseyni niyə şəhid edib cənnətə apardın? İslamla matəm uyğun deyil. İmam Hüseynin həyat yoldaşı fars şahının qızı olduğuna görə onlar Sasani şahlarının ölümündə olduğu kimi kürəkənləri hesab etdikləri imam Hüseynə də belə bir ömürlük matəm təsis etdilər ki, bu topanışdan da digərlərinə qarşı siyasi təxribat məqsədi ilə istifadə edirlər”.

 

O, bildirib ki, Məhərrəm ayı Qurana görə haram aylardandır:

 

“Lakin bu haram olmanın Kərbəla hadisəsinə aidiyyəti yoxdur. Çünki Quran daha əvvəl nazil olub, Kərbəla hadisəsi isə sonra baş verib. Haram ay o deməkdir ki, bu ayda müharibə etmək, qan tökmək, savaşmaq olmaz. Ərəblər tayfalar arasında daima savaşardılar. Lakin bu ayda istirahət edərdilər. İslam gəldikdən sonra da bu qaydanı qüvvədə saxladı. Bundan başqa Məhərrəm ayının vacib özəlliyi yoxdur. Bəziləri xurafatçı adətlər qondarıblar, guya yuyunmaq olmaz, sabun işlətmək, saç daramaq olmaz, nişan-toy etmək olmaz. Bunları hamısı mövhumat və xurafatdır. Heç bir əsası yoxdur.

 

Peyğəmbər öz övladları vəfat edəndə əsla matəm elan etməyib, mərsiyyə oxutmayıb və onların il dönümünü qeyd etməyib. Məhərrəm ayını yas və matəm ayı elan etmək allahın, islamın əleyhinədir, imam Hüseynin də şəhadət amallarının əksinədir. İmam Hüseyni ölü kimi yox, diri kimi yad etmək lazımdır. Çünki şəhidlər ölmür. Amma istismarçı feodal ruhani təbəqəsi nəzir - niyaz biznesini inkişaf etdirmək üçün imam Hüseyni öz şəxsi maraqlarına alət ediblər. Bu yas və ağlaşma məclislərinin imam Hüseynə yalnız ziyanı var”.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...