Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
Kateqoriya məlum deyil
T

"Ölkə ərazisində müşahidə olunun qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir".

 

Sfera.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

 

O bildirib ki, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir:


"Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında da küləkli hava şəraitinin iyulun 6-si axşamadək davam edəcəyi gözlənilir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR