Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər.
Sfera.az xəbər verir ki, London Universitetindən astrofizik Graham Cones, bu yay ən qısa günün iyulun 9-u, 22-si və ya avqustun 5-də baş verəcəyini bildirib. Həmin günlərdə gün uzunluğu 1,30 – 1,51 millisaniyə qısala bilər.
Mütəxəssislər bildirirlər ki, bu cüzi fərq belə GPS, peyk naviqasiyası və maliyyə əməliyyatları kimi sahələrə təsir edə bilər.
Alim Leonid Zotov sürətlənmənin səbəbinin hələ məlum olmadığını deyib.
Qeyd edək ki, indiyə qədər ən qısa gün 2024-cü il iyulun 5-də qeydə alınıb. Beləliklə, Yer 24 saatdan 1,66 millisaniyə tez fırlanıb. Əgər Yer daha da sürətlənərsə, ilk dəfə rəsmi saatı Yer kürəsinin fırlanması ilə uyğunlaşdırmaq üçün vaxtdan bir saniyə silinə bilər.
Fidan Hacızadə
Sfera.az