Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib.

 

Sfera.az bu mövzudan yola çıxaraq dünyanın ən tanınmış və tarixdə iz qoymuş, daha sonradan ləğv olunan terror təşkilatları, onların mənşəyi barədə araşdırmanı təqdim edir:

 

ASALA

 

 

Siyahının birinci sırasında erməni soyqırımı iddialarını tanıtmaq uğrunda yaradılmış terror təşkilatı olan ASALA-dır. Tam adı “Armenian Secret Army for the Liberation of Armenia” olan bu terror qruplaşması 1975-1990-cı illərə qədər fəaliyyətdə olub. Təşkilatın  yaranma məqsədi Osmanlı dövründə baş verdiyi iddia edilən “erməni soyqırımı”nı tanıtmaq və “Böyük Ermənistan” qurmaq ideyası idi.


ASALA əsasən türk diplomatlarını və türk vətəndaşlarını hədəf alırdı. 1980-ci illərdə Fransa, İtaliya və Yunanıstanda partlayışlar və sui-qəsdlərlə gündəmə gəlib. ASALA-nın məqsədi Ermənistan adından beynəlxalq təzyiqlərlə Türkiyəyə siyasi güzəştlər etdirmək idi. 1983-cü ildə Parisdəki "Orly" hava limanında törətdikləri partlayış nəticəsində 8 nəfər öldü.

 

ETA

 

 

İspaniyada müstəqil Bask dövləti qurmaq məqsədi ilə yaradılmış növbəti terrorçu təşkilat isə ETA-dır. ETA İspaniyanın vətəndaşlarına qarşı 40 ildən çox davam edən terror kampaniyasında 800-dən çox adamı öldürüb. 1973-cü ildə İspaniya Baş naziri Carrero Blanconun öldürülməsi ilə təşkilat beynəlxalq diqqətə gəldi. 2011-ci ildə silahlı fəaliyyəti dayandırdı, 2017-ci ildə isə rəsmi şəkildə dağıldığını bəyan etdi.

 


PKK

 

 

Tam adı Kürdüstan Fəhlə Partiyası olan bu təşkilatın rəhbəri Abdullah Öcalan (həbsdə) idi. Təşkilatın məqsədi Kürd muxtariyyəti və ya müstəqilliyini əldə etmək idi. 
1984-cü ildən Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparan PKK minlərlə insanın ölümünə səbəb olub. ABŞ, AB və NATO tərəfindən terror təşkilatı kimi tanınır. Hazırda Suriyanın şimalındakı PYD/YPG ilə əlaqəlidir. Lakin 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib.

 


Bəsti Rəfizadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...