İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.

 

Sfera.az-ın məlumatına görə, Ş.Şıxlinskinin oğlu Mutvali Şıxlınski də onunla bərabər saxlanılıb daha sonra sərbəst buraxılıb.

 

Fotoda:Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski​

 

 

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

 

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

 

Oxu.Az-ın məlumatına görə isə Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.

 

Belə ki, Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə əlaqədar aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib.

 

Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub. (APA)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...